Kokpit.az xatırladır ki, avstaliyalı sürücü Bakıdakı cümə sərbəst yürüşlərini 12-ci yerdə tamamlayıb.
Oskar Piastri: “Çətinliklərdən qaçmaq mümkün olmadı. İşlərimiz gah yaxşı, gah da pis alınırdı. maşında sürət olsa da, onu göstərmək asan deyildi. Hazırda əsas səbəb də budur. Hələlik idarəetmədə müəyyən çətinliklər var, amma məşqlərdə baş verənləri təhlil edəcəyik və sabaha hazırlıq prosesində nələri dəyişmək mümkün olduğunu anlayacağıq.
Düşünürəm ki, bu gün mənzərə bir qədər başqa cür görünəcək, çünki şənbə günü təkər seçimi fərqli olacaq, həm də başqa dəyişikliklər baş verəcək. Cümə günü də kifayət qədər pozitiv məqamlar var idi və biz onları mütləq nəzərə alacağıq, amma problemlər də az deyildi”.
Şərh əlavə et