Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bakıdakı cümə sərbəst yürüşlərində 10-cu yeri tutub.
Lando Norris: “Mən kiçik bir səhvə yol verdim, amma bu, mənə baha başa gəldi, baxmayaraq ki, o ana qədər hər şey pis getmirdi. Anacaq mən hücum etməyə üstünlük verirəm və son limitləri axtarıram, hətta bu, belə nəticələrə gətirsə də… ümumiyyətlə hücum etməmək daha pisdir.
Əlbəttə, bu, xoşagəlməzdir, çünki daha çox yanacaq yükü ilə yarış tempində dövrələr vurmaq istərdim, xüsusən də bu həftəsonu ötən illə müqayisədə daha yumşaq təkərlərdən istifadə edirik. Amma vəziyyət belədir və mən bu gün itirdiyimi sabah bərpa etmək niyyətindəyəm.
Ötən illə müqayisədə sürətlər xeyli artıb, üstəlik ən yumşaq təkər tərkibindən istifadə edirik və bu, tez-tez olmur. Biz onlarla yalnız Monakoda və İmolada işləmişdik. Ümumilikdə, indi məndə Oskarla müqayisədə məlumat azdır, çünki sessiya bizim üçün uğursuz alındı. Bundan əlavə, görünür ki, maşında da müəyyən problemlərimiz var. Amma bu gün nəyə nail ola biləcəyimizə baxacağıq.
Şübhəsiz, Ferrari bu trasda sürətlidirlər, amma ötən il də burada ən sürətli idilər, baxmayaraq ki, qələbə Oskara nəsib oldu. Red Bull isə cümə günü ön sıralarda görünməsə də, bu gün səhər yenidən işə qayıdacaq və çox sürətli olacaqlar. Ümumilikdə, bu gün ən azı üç rəqibimin olacağını gözləyirəm”.
Şərh əlavə et