Yeni zelandiyalı sürücü Azərbaycan Qran Prisində sıralanma turunu üçüncü yerdə başa vurub. Bu nəticə Racing Bulls pilotu üçün karyerasının ən yaxşı göstəricisi olub. O etiraf edib ki, bazar günü onu çətin yarış gözləyir.
Liam Louson: “Düzünü desəm, sıralanma turunda baş verənlərin hamısını xatırlamıram. Mən demişdim ki, sıralanma maraqlı olacaq, amma hər şeyin bu cür alınacağını gözləmirdim.
Maşın bütün həftəsonu sürətli idi, buna görə də komandanın möhtəşəm işinə görə hamıya böyük təşəkkür edirəm. Ancaq sabah ən vacib gün bizi gözləyir.
Vizorda yağış damcılarını və yaş asfaltın parıltısını görəndə idarə etmək çətin olur. Amma təkərlər hələ isti olduğuna görə ilişmə qalır. Buna görə də özünü ələ almalı, tempi aşağı salmamalı və hücumu davam etdirməlisən.
Yarış çox çətin olacaq. Mənim əla start mövqeyim var, amma biz kimin əsas rəqib olduğunu bilirik və diqqətimizi məhz onlara yönəldəcəyik”.
Şərh əlavə et