Scuderia sürücüləri gün ərzində 74 dövrə qət ediblər, onların birində isə Lyuis Hemilton cümə gününün ən yaxşı nəticəsini – 1:41,293 – göstərib. Şarl Lekler komanda yoldaşına cəmi 0,074 saniyə uduzaraq, ikinci olub.
Bakı həftəsonunun ilk günündə italyan komandası ən yumşaq C6 və C5 tərkibli şinlərin davranışını dəyərləndirib, həmçinin müxtəlif aerodinamik konfiqurasiyaların effektivliyini müqayisə edib.
Lyuis Həmilton: “Ümumilikdə gün məhsuldar keçdi. İlk məşq zamanı müəyyən çətinliklər yarandı, çünki bu əyləclərə öyrəşməli idim, amma ikinci sessiyaya qədər sazlamalarda yaxşı dəyişikliklər etdik.
Maşındakı təəssüratlar daha yaxşı oldu, hər şey bir-birinə uyğunlaşmağa başladı və hər dövrədə özümü daha inamlı hiss etdim. İkinci sessiyanın yaxşı keçməsi çox sevindiricidir – yəqin ki, bu, mövsümün əvvəlindən bəri mənim ən yaxşı məşqim idi.
Nəticələr bizim inkişafımızı təsdiqləyir və hazırlıq zamanı hələ də əlavə edə biləcəyimiz sahələr var, amma inanıram ki, düzgün istiqamətdə irəliləyirik”.
Şərh əlavə et