Kokpit.az xatırladır ki, ispaniyalı sürücü son ana qədər birinci yerdə olsa da, Maks Ferstappen onu qabaqlayıb və Karlos ikinci yerə razı olub.
Karlos Sayns: “Dəstək olan hər kəsə təşəkkür edirəm! Düzünü desəm, çox məmnunuq. Sıralanma turunu əla keçirdik. Hər dəfə trasda doğru anı seçdik, doğru təkərləri götürdük və mən yaxşı dövrələr vura bildim.
Təbii ki, top komandaların sürücüləri ideal dövrə vuranda biz 0,4–0,5 saniyə itiririk. Anca1 bu dəfə bizi yalnız Maks qabaqladı. Buna görə də təəccüblənmədim. Digər rəqiblərimizi qabaqladıq və ikinci nəticə göstərdik – bu, əla xəbərdir!
Bu mövsüm bir neçə dəfə yaxşı sıralanma turu keçirmişəm və bu gün bir daha sübut etdik ki, maşında sürət var. Təəssüf ki, yarışlarda işlər istədiyimiz kimi getmir. Amma FW47 sürətli maşındır, ona görə də xal qazana biləcəyimə əminəm.
Sabahkı plan yerimi qorumaq və podiuma yüksəlməkdir. Williams komandasının sükanı arxasında ilk dəfə ilk üçlüyə düşmək üçün əlimdən gələni edəcəyəm. Əgər alınsa, möhtəşəm olacaq, alınmasa, görək nəyə nail ola bilirik”.
Şərh əlavə et