Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Balans tapa bilərik

Aston Martin komandasının sürücüsü Fernando Alonso Bakıda şənbə günüişləri düzəltməyə ümid edir.

Aston Martin komandasının sürücüləri Ləns Stroll və Fernando Alonso Azərbaycan Qran Prisində ikinci məşq sessiyasını müvafiq olaraq 17-ci və 19-cu yerlərdə başa vurublar. Sessiyadan sonra hər iki pilot günü qısaca dəyərləndirib.

Ləns Stroll: “Cümə günü hər iki sessiyada bir neçə yaxşı dövrə vurmaq və bugünkü sıralanma turu və yarışa kömək edəcək məlumat toplamaq mümkün oldu. Havanın küləkli olacağı gözlənilir, amma bunun sıralanma turunda nəticələrimizə necə təsir edəcəyini görəcəyik”.

Fernando Alonso: “Dar və sürətli Bakı trasında pilotaj həmişə maraqlıdır. Dövrəvi nəticələrə baxanda görürük ki, sürəti artırmaq üçün bu həftəsonu üzərində işləməli olduğumuz məqamlar var. Əsas məsələ asfaltayatma qüvvəsi ilə düzlüklərdəki sürət arasında balansı tapmaqdır – biz məhz bu sahədə irəliləyiş edə bilərik. Gecə ərzində nələr edə biləcəyimizi görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et