Küləyə görə İçərişəhərdəki döngəli hissə ilə trasın düzlüklər olan hissələri arasında fərq artıb – uzun düzlükdə külək qarşıdan əsib, digərində isə sürücülərə arxadan kömək edib, sonra isə istiqamətini dəyişərək yandan əsib və maşınları qeyri-sabitləşdirib.
Komandalar təkərlərlə işlərini davam etdiriblər, bu il istifadə olunan və hər dəfə tənqid edilən ən yumşaq C6 tərkibini test ediblər. Əvvəlki gün olduğu kimi, ötən ilin Soft-u olan, indi isə Medium statusu daşıyan C5-i heç kim maşına taxmayıb, onu təsnifat üçün saxlayıblar.
Daha çətin şəraitə baxmayaraq, səhvlər və trasdan çıxmalar azalıb, amma Bakıda onlarsız ötüşmək də olmur. Lekler, Həmilton, Bortoletto, Sayns, Elbon və Okon təhlükəsizlik zonalarına çıxıblar, Qasli və Lekler divara toxunublar, Louson isə yerində 360 dərəcə fırlanıb – bütün hadisələr fəsadsız ötüşüb.
Sessiya ərzində külək daha da güclənib, idarəetmə çətinləşib, amma pilotlar proqramı inamla tamamlayıblar. Ən yaxşı vaxtı Lando Norris göstərib – 1:41.223.
Təsnifat çox maraqlı olacaq!
Şərh əlavə et