Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda şayiələrə fikir vermir

Almaniyanın Auto Motor und Sport nəşrində dərc olunmuş məqalədə deyilirdi ki, 2026-cı ildə Maks Ferstappenin komanda yoldaşı Ayzek Hacar olacaq. Arvid Lindblad isə Racing Bull komandası ilə Formula 1-də debüt edəcək. Yuki Tsunoda isə hər iki komandada da yer tapmayacağı üçün layihədən uzaqlaşdırılacaq.

Bakıda jurnalistlər yaponiyalı sürücüdən bu məlumatı şərh etməsini xahiş ediblər, lakin məlum olub ki, 25 yaşlı sürücü yazılanlardan xəbərsizdir.

Yuki Tsunoda: “Mən bilmirəm, hansı şayiələrdən danışırsınız”.

Ona ətraflı məlumat verildikdən sonra isə Yuki belə cavab verib: “Bunun faktlarla heç bir əlaqəsi yoxdur. Mən yalnız təsir edə biləcəyim məsələlərə diqqət yetirirəm. Oxşar vəziyyətdə ötən il də yalnız nəticələrə fokuslanmışdım. Yanılmıramsa, eyni sözləri o vaxt da demişdim.

Şayiələr – sadəcə şayiələrdir. Onların heç bir əhəmiyyəti yoxdur, çünki fakt deyillər. Qoy insanlar qeybət etsinlər, mən isə öz mövqeyimdə qalmağa davam edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et