Bu eksklüziv görüş Azərbaycan Qran Prisi 2025 ərəfəsində Bakı Şəhər Halqasının Paddock ərazisində baş tutdu. Layihə şahmatın strateji düşüncə və intellektual gücü ilə Formula 1-in sürət və texnologiyaya əsaslanan dünyasını bir araya gətirərək iki idman növünün ortaq dəyərlərini – dəqiqlik, diqqət və taktikanı – ön plana çıxardı.
Oyunun sonunda qrossmeyster Teymur Rəcəbov pilotlara Azərbaycan xalçaçılıq sənətinin incəliklərini və şahmat mədəniyyətini özündə birləşdirən xüsusi hazırlanmış xalçaları təqdim etdi. Bu simvolik hədiyyə həm qədim ənənələrin, həm də müasir yaradıcılığın parlaq təcəssümü kimi qlobal auditoriyaya təqdim olundu.
Görüşdən hazırlanmış video artıq Scuderia Ferrari-nin rəsmi “Instagram” səhifəsində paylaşılaraq milyonlarla azarkeşə təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla izlənilir.
Şərh əlavə et