Britaniyalı sürücü artıq on cərimə balı toplayıb. O, Montsada Karlos Sayns ilə insidentə görə iki bal alıb və indi risk altındadır: əgər noyabrın 2-dək daha iki bal qazanarsa, bir yarışı buraxmalı olacaq. Haas sürücüsü Bakıda bildirib ki, diskvalifikasiyadan qaçmaq üçün trasdakı mübarizəyə yanaşmasını dəyişəcək.
Oliver Berman: “Qaydalarla razı olub-olmamağımdan asılı olmayaraq Montsada cəza almağım mənim günahımdır. Bu qərarı qəbul etmək mənim üçün çətindir, amma qaydalar var. Halbuki həmin vəziyyətdə maşına nəzarəti heç vaxt itirməmişdim. Sadəcə başqa sürücü ilə döngədə mübarizə aparırdım, amma mənə ümumiyyətlə yer buraxmadılar.
Heyif ki, belə oldu, çünki bu cəriməni ədalətsiz hesab edirəm, amma qaydalar var. Dediyim kimi, gözləyirdim ki, mənə daha çox yer buraxacaqlar, amma bu baş vermədi.
Təəssüf, amma artıq özümə risk etməyə icazə verə bilmərəm. Düşünürəm ki, növbəti dəfə ötməni xarici trayektoriyadan edəcəyəm”.
Şərh əlavə et