Xəbəri Kokpitdə Oxuyun!

L.Stroll: Bakıda gözəl xatirələrim var

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, onun Bakı Şəhər Halqası ilə bağlı xoş xatirələri var.

Kanadalı sürücü Formula 1 karyerasının ilk podiumunu 2017-ci ildə Azərbaycan Qran Prisində qaaanmışdı. Aston Martin sürücüsü mətbuat konfransında AMR25-in şəhər trasına uyğun olub-olmayacağı barədə fikirlərini bölüşüb.

Ləns Stroll: “Bakıda trasla bağlı xoş xatirələrim var və bura qayıtmaqdan həzz alıram. Tras özü-özlüyündə çətindir – xüsusilə də əyləcləmə zonalarında limiti tapmaq asan deyil və divarlara mümkün qədər yaxın sürmək lazımdır. Bu, o trasda maşın yaxşıdırsa, sürmək çox maraqlı olur.

Bu həftəsonu necə çıxış edəcəyimizi bilmirəm – görəcəyik. Orta qrupda mübarizə çox sıxdır və komandalar arasındakı fərq minimaldır. Bəzi həftəsonları biz rəqabətədavamlı oluruq, bəzilərində isə daha çox problemlə üzləşirik.

Görünür, biz yüksək asfaltayatma qüvvəsi və uzun düzlüyü olan traslarda daha yaxşı görünürük. Belə şəraitdə maşınımız daha effektivdir. Montsada əmin olduq ki, maşın kifayət qədər rəqabətədavamlıdır. Fernando xal uğrunda mübarizə aparırdı, ta ki asılqanı qırılana qədər”.

Rauf Hacıyev

Şərh əlavə et