Asfaltın vəziyyəti yaxşılaşıb, insidentlər azalıb. Louson, Həmilton və Berman təhlükəsizlik ciblərinə giriblər, Lekler bir neçə dəfə divara toxunsa da, ciddi nəticəsi olmayıb. Norris isə 4-cü döngədə baryerlə toqquşaraq asqını qırıb, təkəri deşilib, boksa yavaş qayıdıb və daha trasa çıxmayıb.
Pilotlar tədricən sürəti artırıblar. Bir neçə dəqiqə sonra Piastri, Kolapinto və Rassell divara toxunublar, amma maşınlar yalnız cüzi cızılıb. Daha sonra Sayns da eyni halı yaşayıb – nəticədə demək olar ki, heç kim toqquşmadan qaça bilməyib.
Pilotlar üç slik tərkibinin hamısından aktiv istifadə ediblər, amma sessiyanı Soft-da başlayıb Soft-da bitiriblər. Bu həftəsonunda ən yumşaq yeni C6 tərkibi istifadə olunur – onlar tez yeyilsə də, ən yaxşı yol tutumunu təmin edib. Nəticədə artıq ikinci məşqdə liderin tempi ötənilki pouldan sürətli olub.
Protokola Lyuis Həmilton başçılıq edib – 1:41.293. Ferrari-nin Bakıda ardıcıl dörd poul olsa da, hələ heç bir qələbəsi yoxdur.
Məşqlər sabah davam edəcək.
Şərh əlavə et