Kokpit.az xatırladır ki, meksikalı sürücü Los-Ancelesdəki Dodger Stadionunda təşkil edilən mərasimdə fəxri qonaq olub və ilk görüşü reallaşdırıb. Burada Cadillac-ın yaxın gələcəyi barədə danışan Peres, Azərbaycan Qran Prisindən sonra həm ABŞ-da, həm də Böyük Britaniyada köhnə şassidə keçiriləcək test hazırlıqlarına qatılacağını açıqlayıb.
Peres daha əvvəl Meksiko Sitidə verdiyi açıqlamada bildirmişdi ki, Cadillac ilk illərdə Ferrari mühərriklərindən istifadə edəcəyi üçün testlərin Ferrari şassisi üzərində aparılacağı gözlənilir.
Sürücü hazırlıqlar barədə bunları deyib: “Gələn həftə həm Şarlottada, həm də İngiltərədə olacağam. Orada simulyatorda işləyəcəyəm, həm də bir Formula 1 maşını ilə test planımız var. Məqsədim yeni mövsümə maksimum hazır formada başlamaqdır.
Bu il mütləq bolid sürməliyəm – hissləri geri qazanmaq, xüsusən də boyun və fiziki dözümlülük baxımından güclənmək üçün… Məni nələrin gözlədiyini bədənimə yenidən öyrətməliyəm”.
Şərh əlavə et