Xəbəri Kokpitdə Oxuyun!

L.Louson: Bakı Şəhər Halqası xoş təsir bağışlayır

Racing Bulls komandasının sürücüsü Liam Louson bildirib ki, Bakı Şəhər Halqası həmişə ona xoş təsir bağışlayıb.

Artıq Formula 1-də Avropa yarışları bitir və səfər yarışları başlayır. Racing Bulls komandası Mühəndislər Kubokunda yeddinci pillədə qərarlaşıb. Komanda rəqiblərindən çox geri qalmır və mövqelərini yaxşılaşdırmaq niyyətindədir…

Ayzek Hacar: “Avropa mərhələsinin son iki yarışı gözləntilərimizi açıq-aşkar üstələdi. Əla nəticələr qazandıq və indi bu uğuru Avropadan kənardakı yarışlarda da möhkəmləndirmək istəyirik.

Bakıdakı tras əvvəl çıxış etdiyimiz traslardan tamamilə fərqlidir. Bu fərqli şərtlərə uyğunlaşmaq, mübarizəyə hazırlaşmaq lazımdır. Üstəlik, mən burada Formula 1-də  yarışmamışam”.

Liam Louson: “Bakı trası unikal xarakterə malikdir – çoxlu 90 dərəcəlik döngələr var və demək olar, bütün dövrə boyu sizi baryerlər əhatə edir. Mən burada Formula 1 bolidi ilə çıxış etməmişəm, amma Formula 2-də yarışanda bu tras mənə çox xoş təsir bağışlamışdı.

Montsadakı həftəsonu mənim üçün asan keçmədi, ancaq son vaxtlar komanda yaxşı temp qazanıb, maşın da sürətdə irəliləyib – maşının tempini bu həftəsonu Bakıda sınamağı səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et