Bakıda jurnalistlərin suallarını cavablandıran ispaniyalı sürücü bu qərarı şərh edərək bildirib ki, gələcəkdə səhv qərarların qarşısını almaq üçün Formula 1-də mütləq maaş alan daimi stüardlar olmalıdır.
Karlos Sayns: “Formula 1 və FIA daimi stüardların dəvət olunmasına razıdır. Ən azı üç stüarddan ikisi daimi olmalı, üçüncüsü isə təcrübə və öyrənmə məqsədilə mütəmadi olaraq dəyişməlidir.
Bu qərar idman ədalətinin qorunması üçün qəbul edilməlidir. Kiminsə buna görə ödəniş etməsi bizi narahat etməməlidir, çünki bu idmanda stüardlara maaş vermək üçün kifayət qədər pul var. Bu düzgün yoldur və açığı, maaş məsələsini bu kontekstdə müzakirə etməyə məcbur qalmağımız mənim üçün təəccüblüdür.
Daimi stüardlar vəziyyəti mütləq yaxşılaşdıracaqlar. Əgər hər yarışda eyni stüardlar olacağını bilsəm, illərin təcrübəsinə əsasən onların hadisələri necə qiymətləndirdiyini anlayaram. Amma yarışlarda stüardlar dəyişəndə, hansı hərəkətə cəza veriləcəyini, hansına verilməyəcəyini başa düşmək çox çətin olur.
Zandfortdan sonra bu cərimə ilə bağlı vəziyyət məni çox məyus etmişdi, çünki öz haqlılığıma əmin idim və müzakirələrə açıq idik. Biz stüardlarla yaxşı danışdıq və onlar insidenti səhv qiymətləndirmiş ola biləcəklərini etiraf etdilər. Cərimə ballarının ləğvi isə müsbət işarədir”.
Şərh əlavə et