Xəbəri Kokpitdə Oxuyun!

FIA əmindir: Yeni “ikiqat diffuzor” olmayacaq

Formula 1-də qaydalar dəyişəndə komandalar bəzən ciddi üstünlük qazandıran boşluqlar tapırlar – 2009-cu ildə “ikiqat diffuzor” məsələsində olduğu kimi, hansı ki, Brawn GP-yə çempionluq gətirmişdi.

FİA-nın biryerlik maşınlarla yarışlar üzrə direktoru Nikolas Tombazis FormulaPassion-a müsahibəsində bildirib ki, 2026-cı ildə belə boşluqlara federasiya yol verməyəcək.

Nikolas Tombazis: “Biz əvvəlkindən fərqli yanaşma tətbiq edirik. Komandalara açıq şəkildə başa salmışıq ki, qaydalardakı boşluqlardan gizli şəkildə istifadə olunmasına dözməyəcəyik. Əgər komanda qaydaların orijinal şərhinə əsaslanan bir həll təklif edərsə və bizdən izah istəməzsə, biz onu qəbul etməyəcəyik. Və kim bu əsasa görə yeni maşın konsepsiyası qurarsa, bu, komanda üçün fəlakət olacaq.

2009-cu ildə ikiqat diffuzor hekayəsi olanda federasiya bəzi komandalarla əlaqə saxlayırdı, amma hamısı ilə yox. Buna görə də komandalar qaydaları müxtəlif cür şərh edirdilər. İndi bizim mütləq prioritetimiz – qaydaları hamı üçün aydın etməkdir. Əgər hansısa komandanın verdiyi sualın qaydaların şərhində qeyri-müəyyənlik olduğunu düşünsək, bu məqamı əlavə olaraq hamıya izah edəcəyik”.

Elçin Zodorov

Şərh əlavə et