Əvvəlcə mətbuat onun adını, vəzifəsini və yeni iş yerini açıqlamasa da, İsveçrə nəşri olan Blick bəzi detalları üzə çıxarıb.
Məlum olub ki, Red Bull Racing-in keçmiş rəhbərinə qarşı ittiham irəli sürən şəxs onun katibəsi imiş. Milton-Kinsdəki komandadan ayrıldıqdan sonra o, Formula 1-də – Cadillac-da yeni iş tapıb, amma onun yeni vəzifəsi açıqlanmır.
Söz düşmüşkən, Cadillac gələn mövsümdə debütə hazırlaşır və aktiv şəkildə kadr toplayır, o cümlədən digər komandaların əməkdaşlarını cəlb edir. Blick nümunə kimi göstərir ki, mexaniklərə verilən maaş təklifləri Formula 1-də mexaniklərin orta qazancından üç dəfə çoxdur.
Şərh əlavə et