Xəbəri Kokpitdə Oxuyun!

Cadillac Hornerin katibəsini işə alıb

Vaxtilə Kristian Horneri “uyğunsuz davranışda” ittiham etmiş, bundan sonra isə 2024-cü ilin qışında qalmaqal yaratmış keçmiş Red Bull Racing əməkdaşı Formula 1-də yeni iş tapıb.

Əvvəlcə mətbuat onun adını, vəzifəsini və yeni iş yerini açıqlamasa da, İsveçrə nəşri olan Blick bəzi detalları üzə çıxarıb.

Məlum olub ki, Red Bull Racing-in keçmiş rəhbərinə qarşı ittiham irəli sürən şəxs onun katibəsi imiş. Milton-Kinsdəki komandadan ayrıldıqdan sonra o, Formula 1-də – Cadillac-da yeni iş tapıb, amma onun yeni vəzifəsi açıqlanmır.

Söz düşmüşkən, Cadillac gələn mövsümdə debütə hazırlaşır və aktiv şəkildə kadr toplayır, o cümlədən digər komandaların əməkdaşlarını cəlb edir. Blick nümunə kimi göstərir ki, mexaniklərə verilən maaş təklifləri Formula 1-də mexaniklərin orta qazancından üç dəfə çoxdur.

Rauf Hacıyev

Şərh əlavə et