Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell mətbuat konfransında iştirak etməyəcək

Mercedes komandasının sürücüsü Corc Rassell Azərbaycan Qran Prisindən əvvəlki mətbuat konfransında iştirak etməyəcək.

Corc Rassell özünü yaxşı hiss etmir və cümə axşamı trasda olmayacaq, jurnalistlərin qarşısına çıxmayacaq. Komanda nümayəndəsi bildirib ki, “Corc güc  cümə günü sükan arxasına keçmək üçün güc toplayır”

Cümə axşamı keçiriləcək rəsmi FIA mətbuat konfransında Rasselli onun komanda yoldaşı Kimi Antonelli əvəz edəcək.

Zərurət yarandığı halda həftəsonu ərzində Rassellin kokpitində Mercedes-in ehtiyat pilotu Valtteri Bottas əyləşəcək.

Rauf Hacıyev

Şərh əlavə et