Xəbəri Kokpitdə Oxuyun!

Bakıda dəyişkən hava şəraiti ola bilər

Bakıdakı həftəsonunda pilotları isti, amma küləkli hava gözləyir. Yağış ehtimalı da var.

Kokpit.az xəbər verir ki, cümə günü hava az buludlu, temperatur 26 dərəcə olacaq, güclü cənub-şərq küləyi əsəcək. Yağıntı gözlənilmir.

Şənbə günü havanın hərarəti azalacaq, küləyin sürəti 40 km/saata qədər güclənəcək. Günorta saatlarında təxminən 22 dərəcə istilik müşahidə ediləcək, yağıntı ehtimalı 25%-dir.

Yarışın baş tutacağı bazar günü də havanın temperaturu 20 dərəcədən bir qədər yüksək olacaq, külək əsəcək və 22% yağış ehtimalı var.

Xatırladaq ki, ötən il Azərbaycan Qran Prisinin bütün sessiyaları quru trasda baş tutub.

Elçin Zodorov

Şərh əlavə et