Kokpit.az xəbər verir ki, cümə günü hava az buludlu, temperatur 26 dərəcə olacaq, güclü cənub-şərq küləyi əsəcək. Yağıntı gözlənilmir.
Şənbə günü havanın hərarəti azalacaq, küləyin sürəti 40 km/saata qədər güclənəcək. Günorta saatlarında təxminən 22 dərəcə istilik müşahidə ediləcək, yağıntı ehtimalı 25%-dir.
Yarışın baş tutacağı bazar günü də havanın temperaturu 20 dərəcədən bir qədər yüksək olacaq, külək əsəcək və 22% yağış ehtimalı var.
Xatırladaq ki, ötən il Azərbaycan Qran Prisinin bütün sessiyaları quru trasda baş tutub.
Şərh əlavə et