Xəbəri Kokpitdə Oxuyun!

A.Hacar dedi-qodulara fikir vermir

Red Bull komandasının sürücüsü Ayzek Hacar bildirib ki, Bakı Şəhər Halqasının asfalt səthi Kanada trasına bənzəyir.

Red Bull-un 2026-cı il heyətini müəyyənləşdirdiyi və Maks Ferstappenin komanda yoldaşı kimi Ayzek Hacarın seçildiyi barədə şayiələr ötən həftə yayılmışdı, lakin fransalı pilot cümə axşamı Bakıda verdiyi açıqlamada yalnız qarşıdakı mərhələyə kökləndiyini bildirib.

Ayzek Hacar: “Mən bu cür şayiələrə fikir vermirəm. Gələn mövsüm harada çıxış edəcəyim barədə müəyyən məlumatım var, amma dəqiq bilmirəm və hazırda bu barədə düşünmürəm.

Mənə həqiqətən yazılanların heç bir fərqi yoxdur. Montsadan sonra beş günü evdə keçirdim və sosial şəbəkələrdə lentləri vərəqləməkdən daha vacib işlərim var idi

Hazırda əsas məsələ qarşıdakı Bakı yarışıdır. Buradakı asfalt Kanadadakı ilə oxşardır və biz mövsümün ən pis yarışını məhz orada keçirdik. Həmin trasda eyni tərkibli təkərlərdən istifadə etdik və kauçuk tez parçalanırdı. Düşünürəm ki, Bakıda da bu problemlə üzləşəcəyik, amma vahid dövrədə sürətimiz yüksək olmalıdır”.

Rauf Hacıyev

Şərh əlavə et