Kokpit.az xatırladır ki, braziliyalı sürücü daha əvvəl Formula 2-də çıxış edərkən Azərbaycanda yarışıb və qənaətbəxş nəticə qazanıb.
Debütant sürücü son 6 yarışın 4-də xal qazanıb. O, bu uğurlu seriyasını Bakı Şəhər Halqasında da davam etdirmək istəyir.
Qabriel Bortoleto: “Montsada biz yenidən ilk onluğa qayıtdıq və bu sevindirici haldır, çünki bu, bir daha işimizi keyfiyyətli gördüyümüzü göstərir. Amma Bakı Şəhər Halqası tamamilə başqa tip trasdır və mən orada yalnız bir dəfə – ötən il Formula 2 bolidində yarışmışam.
Hazırlıq çərçivəsində simulyatorda çalışdım və həm maşınımıza, həm də komandaya inanıram, çünki hamımız inkişaf üçün çox çalışırıq.
Hər zaman olduğu kimi, məqsədimiz cümə günündən etibarən hər şeyi bir yerə toplamaq və sabit işləməkdir – ümid edirəm, bu yanaşma bizə bir daha ilk onluqda finişə çatmağa imkan verəcək”.
Şərh əlavə et