Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli: Bakıda səhvə yer yoxdur

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, Bakıda səhvə yol verməsən, yaxşı nəticə qazanmaq mümkündür.

Kokpit.az xatırladır ki, Bakı Şəhər Halqasını fransalı sürücü üçün düşərli saymaq olar. O, paytaxtımızda həm GP2-də, həm də Formula 1-də podiuma yüksəlib. Təcrübəli pilot Bakıda növbəti uğurlu yarışa ümid edir.

Pyer Qasli: “Mənə Bakıda olmaq və bu trasda çıxış etmək xoşdur. Burada artıq uğur qazanmışam – 2021-ci ildəki yarışda üçüncü yeri tutmuşdum, 2016-cı ildə isə GP2-də (indiki Formula 2) yarışarkən podiuma yüksəlmişdim. Belə çətin trasda səhvlərə yol verməmək vacibdir və bu, əvvəllər mənə kömək edib. Uzun düzlüklər və qədim şəhərdəki dar hissə, həmçinin baryerlərlə əhatələnmiş küçələrdə yüksək sürətlər qəzaların riskini artırır. Biz şans yarananda ondan istifadə etməyə hazır olmalıyıq.

Düzgün sazlamaları tapmaq asan olmayacaq, Bakıda asfaltayatma qüvvəsi ilə sürət arasında balans tapmaq lazımdır. Artıq cümə günündən etibarən bu məqsədə yaxınlaşmağa çalışacağıq, amma Bakıda hər şey baş verə bilər.

Yarışlar arasında həftəmi yaxşı keçirdim: bazaya gedib simulyatorda işlədim və əməkdaşlarla görüşdüm. Həmçinin Alpine ilə birlikdə Parisdə keçirilən Padel Event tədbirinə qatıldım. Mən bu idmanı sevirəm və çıxış etməkdən zövq alıram”.

Rauf Hacıyev

Şərh əlavə et