Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Bakıda bizi fərqli sınaqlar gözləyir

Sauber komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Bakı Şəhər Halqasında yaxşı nəticə qazanmaq üçün cümə günündən etibarən hər şeyi düzgün formada etməlidir.

Kokpit.az xatırladır ki, almaniyalı sürücü son 4 yarışdan əliboş qayıdıb. Lakin o, qızdırma dövrəsində yaşadığı problem ucbatından Montsadakı yarışda starta belə çıxa bilməyib və yarışı sözün əsl mənasında başlamamış bitib. Ancaq veteran sürücü bu həftəsonu paytaxtımızda yarış üçün ümidlidir.

Niko Hülkenberq: “Montsada bazar günü baş verənləri tezliklə unutmaq lazımdır. Amma komanda həmin problemi araşdırmaq və tam həllini tapmaq üçün işləyir.

Müsbət tərəfə gəldikdə, maşınımız yaxşı temp göstərir və bu, ümidverici olmaqla yanaşı, Bakıya inamlı getməyə imkan verir. Şəhər traslarında yarışmağın xüsusi çətinlikləri var: orada pilotaj dəqiqliyi, trafikdə düzgün hərəkət etmək bacarığı və bütün imkanlardan maksimum istifadə vacibdir.

Orada bizi gözləyən sınaqlar adi traslarda qarşılaşdıqlarımızdan fərqlidir, amma cümə günündən etibarən hər şeyi düzgün etsək, xal qazanmaq və bu həftəsonu inamlı çıxış etmək şansımız olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et