Kokpit.az xatırladır ki, “qırmızılar” hələ Bakıdakı yarışlarda qalib gəlməyib, amma komandadakı işçilər maraqlı bir həftəsonu gözləyirlər…
Ferrari komandasının rəhbəri Frederik Vassyör: “Uzun düzlüklərin və texniki ikinci sektorun birləşməsi sayəsində Bakıdakı mərhələ həmişə maraqlı alınır. Bu trasda yarışları əvvəldən proqnozlaşdırmaq olmur. Burada gözlənilmədən yaxşı bir şans qazana bilərsən və onu istifadə etməyi bacarmaq lazımdır. Bunun üçün isə həftəsonu ərzində ən yüksək səviyyədə işləmək və maşından maksimum nəticə almaq vacibdir.
Komanda bu yarışa ciddi hazırlaşıb, çünki şəhər trasında bütün elementlər həlledici rol oynaya bilər. Əgər hər şeyi düzgün etsək, hər iki sürücü ilə yaxşı nəticələr qazana biləcəyimizə əminəm”.
Şərh əlavə et