Kokpit.az xatırladır ki, argentinalı sürücü 2024-cü ilin İtaliya yarışında Williams komandasında Nikolas Latifini əvəz edərək, Formula 1-də debüt etmişdi. Həmin yarışda xalsız qalan Franko, növbəti həftəsonu Azərbaycanda 8-ci olaraq, F1 karyerasının ilk xallarını qazanmışdı.
Franko Kolapinto: Mən Bakıya qayıtdığım üçün şadam, çünki ötən il burada Formula 1-də ilk xallarımı qazanmışdım. İndi maşında özümü rahat hiss edirəm, baxmayaraq ki, Montsadakı yarış komandamız üçün çətin oldu… Biz hər şeyi təhlil etdik, ötən həftə isə Azərbaycan Qran Prisinə hazırlaşmaq üçün Enstouna getdim.
Bakı trası mövsümün ən gözəllərindən biridir, xüsusən də qədim şəhərdəki dar hissəsi… Bu həftəsonu belə çətin trasda mütləq imkanlar yaranacaq və onları maksimum formada dəyərləndirmək vacibdir. Ən yaxşı nəticələrə nail olmaq və mövsümün səfər mərhələlərinə müsbət nəticə ilə başlamaq istəyirik”.
Şərh əlavə et