Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Yanacaqdoldurma bərpa olunmalıdır

Fernando Alonso dəfələrlə bildirib ki, Formula 1-in rəhbəri Stefano Domenikalinin mövqeyini dəstəkləyir. Domenikali hesab edir ki, yarışların uzunluğunu qısaltmaq lazımdır, çünki belə olan halda onlar gənc auditoriya tərəfindən daha yaxşı qəbul olunacaq.

İspaniyalı pilot isə  yarışları qısaltmağın əleyhinədir. Ancaq ikiqat Dünya Çempionu şounu artırmaq üçün Formula 1-ə yenidən yanacaqdoldurmanı qaytarmağı təklif edir…

Fernando Alonso: “Əgər yarış məsafə çox qısa olsa və sən uğursuz təsnifat nəticəsində arxadan start alırsansa, irəliləməyə vaxtın qalmır. Məsələn, sprint yarışlarında bu cürdür. Belə şəraitdə bütün sürücülərdə təkərlər eyni dərəcədə köhnəlmiş olur, heç nəyi dəyişmək imkanın qalmır. Uzun yarışlar isə daha çox strategiya azadlığı hesabına bu şansı verir.

Bəlkə də ən yaxşı həll yanacaqdoldurmaların geri qaytarılması olardı. Mən başa düşürəm ki, Formula 1 indi tamam başqa istiqamətdə irəliləyir, amma sürücülər yanacaq miqdarını seçə bildikdə, müxtəlif strategiyalardan istifadə etdikdə, bu, yarışın gedişatını tamamilə dəyişir və intriqa əlavə edir”.

Rauf Hacıyev

Şərh əlavə et