Sauber komandasının sürücüləri son beş yarışın dördündə yaxşı nəticələr göstərib. İsveçrə komandası Bakıda da xal qazanmağı hədəfləyir. Əlbəttə, Sauber anlayır ki, onları Azərbaycanın paytaxtındakı şəhər trasında özünəməxsus çətinliklər gözləyir, amma məqsəd aydındır: inkişafı davam etdirmək və rəqabətədavamlı səviyyədə qalmaq.
Conatan Vitli: “Montsada biz yenidən ilk onluğa qayıtdıq və bu, ümumi mübarizə ruhunu gücləndirdi. Biz həm işimizin keyfiyyətinə, həm də sabitlik əldə etməyə fokuslandıq və bunun nəticələrini trasda gördük.
Peletonun ortasında çox kəskin rəqabət gedir və çox təəssüf ki, o vaxt Niko yarışa başlaya bilmədi. Bazaya qayıtdıqdan sonra texniki problemin səbəblərini başa düşmək və onun bir daha təkrarlanmamasını təmin etmək üçün bütün səyləri göstərdik.
Bakı trası maraqlı və qarışıqdır: küçə sektorları pilotlardan dəqiqlik tələb edir, sürətli hissələrdə isə ötmə imkanları var. Son yarışlarımızda olduğu kimi, biz də mübarizənin mərkəzində olmaq, ilk növbədə maşının effektivliyi hesabına xal qazanmaq istəyirik, amma yaranan hər fürsətdən maksimum istifadə etmək çox vacibdir”.
Şərh əlavə et