Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan – 2025: Trasda dəyişikliklər və DRS zonaları

Azərbaycan Qran Prisi ərəfəsində federasiya trasdakı dəyişikliklərdən bəhs edib və iki DRS zonasının yerini təsdiqləyib.

Ötən illə müqayisədə trasın bir çox hissəsində yeni asfalt örtüyü salınıb. Söhbət bu hissələrdən gedir: ikinci döngədən dördüncü döngəyə qədər əsasən trasın sol tərəfi, dördüncü döngədən əvvəl sol tərəf, yeddinci ilə səkkizinci döngələr arasında sol tərəf,12-ci döngədə sağ tərəf, 14-cü ilə 15-ci döngələr arasında sol tərəf və 18-ci döngədə sol tərəf.

Ötən illə müqayisədə DRS zonaları dəyişməyib. Birinci DRS zonasının deteksiya nöqtəsi ikinci təhlükəsizlik maşını xətti ilə üst-üstə düşür, sistemi isə ikinci döngədən 54 metr sonra aktivləşdirmək olar.

İkinci DRS zonasının deteksiya nöqtəsi isə 20-ci döngənin apeksində yerləşir, sistemi isə döngədən 347 metr sonra işə salmaq mümkündür.

Elçin Zodorov

Şərh əlavə et