Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan Qran Prisində mətbuat konfransı cədvəli

FIA Azərbaycan Qran Prisinin rəsmi mətbuat konfranslarının iştirakçı siyahısını açıqlayıb.

Cümə axşamı trasın media-mərkəzində altı sürücü jurnalistlərin suallarını cavablandıracaq, onlar iki üçlüyə bölünüblər. Birinci üçlükdə Pyer Qasli (Alpine), Niko Hülkenberq (Sauber) və Oskar Piastri (McLaren) çıxış edəcək. İkinci üçlükdə isə Ləns Stroll (Aston Martin), Corc Rassell (Mercedes) və Liam Lawson (Racing Bulls) jurnalistlərin suallarını cavablandıracaq.

Cümə günü rəhbərlər media qarşısına çıxacaq: Conatan Vitli (Sauber), Andrea Stella (McLaren) və Alan Permeyn (Racing Bulls).

Şənbə və bazar günləri isə günün ən yaxşı üçlüyü jurnalistlərin suallarını cavablandıracaq.

Rauf Hacıyev

Şərh əlavə et