Ötən illə müqayisədə trasın bir çox hissəsində yeni asfalt örtüyü salınıb. Söhbət bu hissələrdən gedir: ikinci döngədən dördüncü döngəyə qədər əsasən trasın sol tərəfi, dördüncü döngədən əvvəl sol tərəf, yeddinci ilə səkkizinci döngələr arasında sol tərəf,12-ci döngədə sağ tərəf, 14-cü ilə 15-ci döngələr arasında sol tərəf və 18-ci döngədə sol tərəf.
Ötən illə müqayisədə DRS zonaları dəyişməyib. Birinci DRS zonasının deteksiya nöqtəsi ikinci təhlükəsizlik maşını xətti ilə üst-üstə düşür, sistemi isə ikinci döngədən 54 metr sonra aktivləşdirmək olar.
İkinci DRS zonasının deteksiya nöqtəsi isə 20-ci döngənin apeksində yerləşir, sistemi isə döngədən 347 metr sonra işə salmaq mümkündür.
Şərh əlavə et