Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Askari döngəsindən çıxarkən kerbə hücum etmiş və buna görə də sağ arxa asılqanı qırılmışdı. Halbuki bu element üçün belə yük adi hesab olunur.
Mühəndislər müəyyən ediblər ki, detalın möhkəmliyini itirməsinə ilk dövrədə baş verən insident səbəb olub. Bort kameralarının yazısında görünür ki, çınqıllar və qırıntılar ispaniya pilotun maşınına çırpılıb və nəticədə asılqan zədələnib.
Aston Martin-in bəyanatında deyilir: “Komanda təsdiqləyir ki, yarışın ilk dövrəsində çınqıllar Fernandonun maşınının bir neçə hissəsinə, o cümlədən asılqana dəyib və bu da onun zədələnməsinə gətirib çıxarıb”.
Yarışın gedişində komanda bu zədələrdən xəbərsiz olub. Kiçik, lakin davamlı yüklənmə nəticədə detalın tam sıradan çıxmasına səbəb olub.
Şərh əlavə et