Xəbəri Kokpitdə Oxuyun!

2026-cı ildəki yarış həftəsonlarının cədvəli

2026-cı ildə Formula 1-də 24 mərhələnin keçirilməsi planlaşdırılıb – mövsüm 8 martda Avstraliyada başlayacaq və 6 dekabrda Əbu-Dabidə başa çatacaq.

Mövsümə altı sprint mərhələsi daxildir – Çində, Mayamidə, Kanadada, Böyük Britaniyada, Niderlandda və Sinqapurda şənbə günləri qısa yarış izləyəcəyik.

Las-Veqas mərhələsi gecə keçiriləcək, yarış şənbə günü yerli vaxtla saat 20:00-da başlayacaq. Bakıda start anı bazar günü səhərin erkən saatlarına düşəcək.

Bizim yarışın – Azərbaycan Qran Prisinin yarış həftəsonu qrafiki bir gün irəli çəkilib – ilk iki sərbəst yürüş sessiyası cümə axşamı, üçüncü məşq və təsnifat cümə günü, yarış isə şənbə günü keçiriləcək.

Qeyd edək ki, cədvəldəki bütün saatlar Bakı vaxtı ilədir.

Yarış 1-ci sessiya 2-ci sessiya/sprint s.t 3-cü sessiya/sprint Sıralanma turu Yarış
Avstraliya 05:30-06:30 09:00-10:00 05:30-06:30 09:00-10:00 08:00
Çin 07:30-08:30 11:30-12:14 07:00-08:00 11:00-12:00 11:00
Yaponiya 06:30-07:30 10:00-11:00 06:30-07:30 10:00-11:00 09:00
Bəhreyn 15:30-16:30 19:00-20:00 16:30-17:30 20:00-21:00 19:00
S.Ərəbistanı 17:30-18:30 21:00-22:00 17:30-18:30 21:00-22:00 21:00
Mayami 20:30-21:30 00:30-01:14 20:00-21:00 00:00-01:00 00:00
Kanada 20:30-21:30 00:30-01:14 20:00-21:00 00:00-01:00 00:00
Monako 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
Barselona 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
Avstriya 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
B.Britaniya 15:30-16:30 19:30-20:14 15:00-16:00 19:00-20:00 18:00
Belçika 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
Macarıstsn 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
Niderland 14:30-15:30 18:30-19:14 14:00-15:30 18:00-19:00 18:00
İtaliya 14:30-15:30 18:00-19:00 14:30-15:30 18:00-19:00 17:00
İspaniya 15:30-16:30 19:00-20:00 14:30-15:30 18:00-19:00 17:00
Azərbaycan* 12:30-13:30 16:00-17:00 12:30-13:30 16:00-17:00 15:00
Sinqapur 13:30-14:30 16:30-17:14 13:00-14:00 17:00-18:00 16:00
ABŞ 21:30-22:30 01:00-02:00 21:30-22:30 01:00-02:00 00:00
Meksika 22:30-23:30 02:00-03:00 21:30-22:30 01:00-02:00 00:00
San Paulu 18:30-19:30 23:00-00:00 18:00-19:00 22:00-23:00 21:00
Las Veqas* 04:30-05:30 08:00-09:00 04:30-05:30 08:00-09:00 08:00
Qətər 17:30-18:30 21:00-22:00 18:30-19:30 22:00-23:00 20:00
Əbu Dabi 13:30-14:30 17:00-18:00 14:30-15:30 18:00-19:00 17:00

boz rəng – sprintli mərhələlər

* – birinci və ikinci sərbəst yürüşlər yerli vaxtla cümə axşamı, üçüncü sərbəst yürüşlər və təsnifat mərhələsi cümə günü, yarış isə şənbə günü keçiriləcək.

Elçin Zodorov

Şərh əlavə et