Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Bakıda yaxşı nəticə şərtdir

Azərbaycan Qran Prisi Mercedes üçün uğurlu yarışlardan biri olub. “Gümüşü oxlar” paytaxtımızsa 3 dəfə aalib gəlib, 4 dəfə isə podiuma yüksəlib.

Mercedes komandasının rəhbəri Toto Volf hesab edir ki, komanda Azərbaycan Qran Prisində ön sıralarda mübarizə aparmağa qadirdir. O, həmçinin mövsümün sonunda Mühəndislər Kubokunda ikinci yeri tutmağı hədəfləyir, lakin bunun üçün nəticələr Montsadakından daha yaxşı olmalıdır.

Toto Volff: “Avropa mərhələsi başa çatdı və bu həftəsonu çempionatın son üçdə biri başlayır. Abu-Dabidəki finiş xəttinə qədər olan mərhələ gərgin keçəcək, çünki  Mühəndislər Kubokunda üç komanda ikinci yer uğrunda mübarizə aparır.

Montsada uduzduq və bilirik ki, qalan səkkiz yarışda rəqiblərimizi qabaqlamaq istəyiriksə, İtaliyadakından daha yaxşı çıxış etməliyik.

Səfər seriyası iki şəhər trası ilə başlayır. Birincisi Azərbaycanda, ikincisi isə iki həftə sonra Sinqapurda keçiriləcək. Bakı mürəkkəb trasdır – sürətli düzlükləri, 90 dərəcəlik döngələri və qala divarlarının yanındakı dar, ardıcıl döngəli hissəsi ilə həm maşın, həm də sürücü üçün ciddi sınaqdır.

Mübarizə çox sıxdır, buna görə də ən xırda detal belə böyük rol oynayacaq. Əgər tam gücümüzlə çıxış etsək, bu həftəsonu ön sıralarda mübarizə apara bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et