Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Hacarla razılaşıb?

Almaniyanın Auto Motor und Sport nəşri iddia edir ki, Red Bull Racing və Racing Bulls komandalarının 2026-cı il üçün heyətləri tam olaraq müəyyənləşib.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Formula 1-də 2021-ci ildə, Red Bull-da isə bu ilin Yaponiya Qran Prisində debüt edib. Lakin 25 yaşlı pilot geridə qalan yarışlarda gözləntiləri qarşılaya bilməyib.

Alman jurnalistlərinin məlumatına görə, gələn mövsümdə Red Bull Racing-də Maks Ferstappenin komanda yoldaşı Ayzek Hacar olacaq. Racing Bulls-da isə Liam Lousonun yanına Formula 2-də çıxış edən Arvid Lindblad dəvət ediləcək. Lindblad hazırda Formula 2-də Campos Racing komandası ilə çıxış edir.

Yuki Tsunoda layihəni tərk edəcək. Yayda Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko və komandanın rəhbəri Loran Mekis yapon pilotun növbəti mövsüm üçün yerini qorumaq şansı olduğunu desələr də, görünür, artıq vaxt bitib.

İndi yalnız rəsmi təsdiqi gözləmək qalır.

Rauf Hacıyev

Şərh əlavə et