Kokpit.az xatırladır ki, britaniyalı sürücü Azərbaycanda həmişə gözəl anlar yaşayıb. Belə ki, o, 2023-cü ildə Formula 2-də yarışarkən, Formula 2-də həm sprint, həm də əsas yarışı qazanmışdı. 2024-cü ildə isə o, Haas komandasında cəzalı Kevin Maqnusseni əvəz etmiş və yarışda 10-cu yeri turaraq, komandasına 1 xal qazandırmışdı.
Oliver Berman: “Keçən il Haas komandasında Kevin Maqnusseni əvəz edərkən çıxış etdiyim bu trasda yenidən yarışmaq çox xoşdur. Həmin vaxt 10-cu oldum və o həftəsonunun xatirəsi uzun müddət mənimlə qalacaq. Mən o vaxt komanda ilə yeni tanış olurdum, bütün heyətlə əməkdaşlıq təcrübəsi isə bu ilə hazırlaşmağımda mənə çox kömək etdi.
Formula 2-də yarışarkən Bakı Şəhər Halqasında qələbələr qazanmışam. Bu trasın sürətli xarakteri xoşuma gəlir, baxmayaraq ki, bəzi yerləri dar olur və dövrəni yaxşı qət etmək üçün həqiqətən çox çalışmaq lazımdır. Amma hər şey yaxşı alınanda çox xoş bir hiss keçirirsən”.
Şərh əlavə et