Xəbəri Kokpitdə Oxuyun!

Ferrari builki hədəfini açıqlayıb

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, onların bundan sonrakı əsas hədəfləri Mühəndislər Kubokunda ikinci yeri tutmaqdır.

Mövsümün sonuna səkkiz mərhələ qalmış Ferrari Mühəndislər Kubokunda ikinci yeri tutur və Mercedes ilə Red Bull Racing-i müvafiq olaraq 20 və 41 xal qabaqlayır. “Skuderiya”nın rəhbəri Frederik Vassyör qalan yarışlarda Şarl Lekler və Lyuis Həmiltonun qarşısında hansı məqsədlərin olduğunu deyib.

Frederik Vassyör: “Qarşımızda bir neçə tras var ki, orada rəqabətədavamlı görünməliyik. Növbəti belə tras Bakıdadır və buna görə də yaxşı nəticə gözləyirik.

Komandanın mövsümün sonunda Mühəndislər Kubokunda ikinci yeri tutmaq hədəfi var. McLaren tamam başqa səviyyədə çıxış edir, biz isə Red Bull və Mercedes-lə mübarizə aparırıq. Buna görə də məqsəd bu komandaların qarşısında qalmaqdır.

Əsas vəzifə Mühəndislər Kubokunda ikinci yeri tutmaqdır. İkinci dərəcəli hədəf isə yarışlar qazanmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et