Xəbəri Kokpitdə Oxuyun!

Piastri Bakıdakı uğurunu təkrarlaya biləcək?

Bukmeyker kontorları qarşıdan gələn Azərbaycan Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Onlar yarışın favoritini McLaren pilotu Oskar Piastri hesab edirlər. Onun komanda yoldaşı Lando Norrisin şansları da demək olar ki, eyni dərəcədə yüksək qiymətləndirilir. İtaliya Qran Prisinin qalibi Maks Ferstappen bukmekerlərin reytinqində üçüncü yerdədir. Ferrari-nin iki pilotundan isə Şarl Leklerin şansları daha yüksək hesab olunur…

Oskar Piastri – 2.75
Lando Norris – 2.85
Maks Ferstappen – 4.00
Şarl Lekler – 8.00
Lyuis Həmilton – 17.00
Corc Rassell – 41.00 
Kimi Antonelli – 151.00

Montsada Lando Norris titul uğrunda mübarizədə Oskar Piastri ilə pilotlar çempionatında olan fərqi üç xal azaldıb, amma mövsümün sonuna səkkiz yarış qalmış avstraliyalı sürücünün üstünlüyü böyükdür – 31 xal. Belə vəziyyətdə Oskar fərdi hesabda qələbəyə bukmekerlərin favoriti olaraq qalır.

McLaren pilotlarından başqa Maks Ferstappen, Corc Rassell, Şarl Lekler və Lyuis Həmiltonun tituluna da mərclər qəbul edilir.

Oskar Piastri – 1.25
Lando Norris – 3.50
Maks Ferstappen – 67.00
Corc Rassell – 501.00
Şarl Lekler – 1001.00
Lyuis Həmilton – 2001.00

Mühəndislər Kuboku ilə bağlı isə pul qoyuluşları xeyli müddətdir qəbul edilmir. McLaren artıq Bakıda titulunu rəsmiləşdirə bilər…

Elçin Zodorov

Şərh əlavə et