Xəbəri Kokpitdə Oxuyun!

F.Kolapinto: Bakı mənim üçün xüsusidir

Alpine komandasının sürücüsü Franko Kolapinto bildirib ki, onun üçün ən unudulmaz an 2024-cü ilin Azərbaycan yarışıdır.

Kokpit.az xatırladır ki, argentinalı sürücü 2024-cü ilin İtaliya yarışında Williams komandasında  Nikolas Latifini əvəz edərək, Formula 1-də debüt etmişdi. Həmin yarışda xalsız qalan Franko, növbəti həftəsonu Azərbaycanda 8-ci olaraq, F1 karyerasının ilk xallarını qazanmışdı.

Franko Kolapinto ona verilən “Formula 1-də ən çox qürur duyduğunuz nailiyyətiniz hansıdır?” sualına belə cavab verib: “Düşünürəm ki, ötən il Bakıdakı çıxışım – mənim ikinci yarışımdı. O vaxt sıralanma turunun son sessiyasına yüksəldim və xal qazandım. Bu indiyə qədər karyeramın ən yaxşı anlarından biridir.

Üzərindən bir il keçib, amma mənə çox daha qısa vaxt kimi gəlir. Zaman inanılmaz sürətlə keçir, çox şey baş verir”.

Franko  üçün 2025-ci il mövsümü heç də yaxşı keçmir. Argentinalı pilot hələ də xal qazana bilməyib və xalsız qalan tək əsas sürücüdür. Belə olan halda Alpine komandası onun yerinə başqa sürücülər axtarışına başlayıb. Buna baxmayaraq gənc sürücü təslim olmayacağını deyib.

Franko Kolapinto: “Mənə verilən ən yaxşı məsləhət heç vaxt təslim olmamaq, uğursuzluqlar dalınca gəlsə belə, irəli getməkdir. Mənə bu məsləhət həqiqətən xoş gəlir, çətin anlarda kömək edir. Şükürlər olsun ki, hər zaman məni dəstəkləyən, ruhlandıran və doğru istiqamətə yönləndirən insanlar var”.

Rauf Hacıyev

Şərh əlavə et