Kokpit.az xəbər verir ki, cümə günündən bazar gününə qədər Bakıda temperatur 27 dərəcəyə qədər yüksələcək. Göy üzü dəyişkən buludlu olacaq, yağıntı müşahidə edilməyəcək.
Xatırladaq ki, ötən il də Azərbaycan Qran Prisinin bütün sessiyaları quru trasda baş tutmuşdu.
Bakı Şəhər Halqası bir çox xaotik yarışa səhnə olub və azarkeşlər hər il bunun yağışla da taclandırılmasını gözləyirlər. Bunun üçün ən azı daha bir il səbrli olmaq lazım gələcək…
Şərh əlavə et