Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Hacar sürətlidir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ayzek Hacarın 2026-cı ildə Maks Ferstappenin komanda yoldaşı olmaq şansı yüksəkdir. Markonun sözlərinə görə, bu mövsüm debüt edən fransız pilot dördqat dünya çempionu ilə bir komandada uğurla çıxış etmək üçün bütün keyfiyyətlərə malikdir.

Kokpit.az xatırladır ki, fransalı sürücü bu il debüt mövsümünü keçirsə də, Niderland yarışında podiuma yüksəlib. O, 38 xal toplayaraq, turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.

Helmut Marko: “Hacar şübhəsiz ki, Ferstappenə qarşı mübarizə apara biləcək psixoloji möhkəmliyə sahibdir. O, səhv etmir və bu da yeni başlayan pilot üçün olduqca təəccüblüdür. Ayzek hər trasda inkişaf edir – sürətini göstərmək üçün ona cəmi bir neçə dövrə kifayət edir, fərqi yoxdur, bu trasda əvvəl sürüb, ya yox. O, çox sürətli oğlandır.

Əslində, 2026-cı ildə komandalarda yerlərin bölgüsü zamanı biz öz pilot hovuzumuzdan seçim etmək istəyirik. Əgər başqa komandada super istedadlı sürücü ortaya çıxsa, buna göz yummayacağıq, amma hazırda belə bir pilot görünmür”.

Rauf Hacıyev

Şərh əlavə et