15 dəqiqəlik birinci sessiyada ən sürətli nəticəni Fabio Kuartararo göstərib – 1:30.481. Onu Fermin Aldequer izləyərək, ikinci olub və ikinci sessiyaya yüksəlib.
İkinci sessiyanın ilk sürətli dövrəsi isə Aleks Markesdən gəlib – 1:30.222. Bu nəticə onu zirvəyə çıxarıb. Lakin Françesko Banyayanın dövrəsi tras limitlərini aşdığı üçün ləğv edilib. Bezzekki isə ondan yalnız 0.172 saniyə geridə qalaraq, ikinci yerə yüksəlib.
Son dəqiqələrdə yaxşı nəticə qazanmağa hazırlaşan Pedro Acosta qəza edib və geriyə düşüb.
Yekunda Marco Bezzekki ən yaxşı nəticəni əldə edərək, bazar günü baş tutacaq San Marino Qran Prisi üçün poulu qazanıb.
Aleks Markea ikinci, Fabio Quartararo isə üçüncü yeri tutub. İlk beşliyi Mark Markes və Franki Morbidelli tamamlayıblar.
Şərh əlavə et