Xəbəri Kokpitdə Oxuyun!

San Marinoda Markes yıxılıb, Bezzekki qazanıb

Misanoda keçirilən MotoGP sprint yarışında Marko Bezzekki qələbə qazanıb.

13 dövrəlik sprintin startında Bezzekki möhtəşəm tərpənərək, liderliyi qoruyub. Dördüncü yerdən yarışa başlayan Mark Markes isə startda iki mövqe qazanaraq, onu izləməyə başlayıb.

5-ci dövrədə Fabio Kuartararo yıxılaraq, ilk sektorda sarı bayraqların dalğalanmasına səbəb olub. Elə bu anda Markes hücuma keçərək, Bezzekkini keçib və liderliyə yüksəlib. Ancaq cəmi bir neçə saniyə sonra ispaniyalı sürücü 15-ci döngədə yıxılaraq,  yarışı vaxtından əvvəl dayandırıb.

Bununla da Bezzekki yenidən liderliyi ələ alıb, Aleks Markes isə ikinci yerə yüksəlib.

Yekunda damalı bayrağı birinci yerdə keçən Marko Bezzekki olub. Sprintin podiumunu Aleks Markes və Fabio Di Cannantonio tamamlayıblar.

Franko Morbidelli dördüncü, Pedro Akosta beşinci, Fermin Aldequer isə altıncı yeri tutublar.

Rauf Hacıyev

Şərh əlavə et