Xəbəri Kokpitdə Oxuyun!

San Marinoda ikinci sərbəst yürüşlərdə Bezzekki sürətli olub

MotoGP üzrə San Marino Qran Prisinin ikinci sərbəst yürüşlərində ən sürətli pilot Marko Bezzekki olub. Aprilia komandasının sürücüsü 1:30.624-lük dərəcə ilə zirvəyə yüksəlib.

Ondan 0.290 saniyə geridə qalan Franco Morbidelli ikinci yeri tutub. Luka Marini üçüncü, gənc istedad Pedro Akosta isə dördüncü olub.

Mark Markes beşinci, Aleks Markes və Fabio Kuartararo isə ilk yeddilikdə qərarlaşıb. Bu qrupdakı pilotların nəticələri arasındakı fərqin 0.3 saniyədən də az olması diqqəti cəlb edib.

Francesko Banyaya səkkizinci, Fermin Aldequer və Fabio Di nantonio isə ilk onluğu tamamladı. Çempionat liderlərindən Jorge Martín isə yalnız 13-cü yerdə qaldı.

Orta sıralarda Bred Binder, Cek Miller və Maverik Vinyales bir-birinə yaxın nəticələr göstəriblər. Aleks Rins və Migel Oliveyra da bu qrupda mübarizə aparıblar.

Sessiya boyu ciddi qəza qeydə alınmayıb. Lakin Xoan Mir texniki problemlər səbəbindən dövrəvi nəticə göstərə bilməyib.

Rauf Hacıyev

Şərh əlavə et