Kokpit.az xatırladlr ki, ispaniyalı sürücü Niderland Qran Prisində Red Bull Racing konandasının sürücüsü Liam Lousonyn maşını ilə təmasa görə günahkar sayılmış və nəticədə ona 10 saniyəlik cəza və superlisenziyasına 2 cərimə balı yazılmışdı.
Dünən keçirilən dinləmələrdə bu cəza yenidən nəzərdən keçirilib və cərimə balları ləğv olunub. Lakin məlumdur ki, Zandfortdakı yarış nəticələri dəyişdirilə bilməz, çünki ispan sürücü həmin 10 saniyəlik cəzanı artıq çəkmişdi.
İndi isə FIA stüardları qəbul ediblər ki, onlar Saynsı cəzalandırmamalı idilər, çünki baş verən hadisə yarış insidenti kimi qiymətləndirilməli idi. Həm Sayns, həm də komanda ilk gündən iddia edirdi ki, stüardlar Lousonun maşınının qəfil sabitlik itirməsini nəzərə almayıblar və bu da insidentə səbəb olan əsas amillərdən biri olub.
Williams dinləmələrə öz mövqeyini müdafiə edən əlavə sübutlar təqdim edib. Onların arasında Saynsın maşınına quraşdırılmış kameraların görüntüləri də var idi. FIA həmçinin Racing Bulls maşınının bort kameralarının yazılarına da sahib idi. Yarış günü stüardların bu məlumatlara çıxışı olmayıb, çünki komandalar bu yazıları yalnız finişdən sonra sistemdən çıxarırlar.
Təkrar dinləmədə stüardlar hər iki komandanın nümayəndələrini və sürücüləri dinləyiblər və Williams ilə razılaşıblar ki, bu, həqiqətən də yarış insidenti olub.
FIA açıqlamasında belə deyilir: “Stüardlar qəbul ediblər ki, toqquşmaya səbəb olan əsas amil 39 nömrəli (Louson) maşınının ani idarəetməni itirməsi olub. Lakin stüardların mövqeyinə görə, sürücülərin heç biri bu insidentdə tam və ya üstün məsuliyyət daşımır. 55 nömrəli (Sayns) maşın da insidentə təsir edib, çünki sürücü riskə gedərək 30 nömrəli maşınının kənarından çox yaxın məsafədə hərəkət edirdi.
Stüardların yarış nəticələrini dəyişərək (10 saniyəlik) cəzanı ləğv etmək səlahiyyəti yoxdur, amma onlar nəzərə alıblar ki, yekun protokolda 55 nömrəli maşın 30 nömrəli maşını 17 saniyə qabaqlayırdı.
Beləliklə, qərar (cəza) ləğv edilir və 55 nömrəli maşının sürücüsünə verilmiş 2 cərimə balı silinir”.
Williams komandası federasiyanın qərarını müsbət qarşılayıb: “Biz Zandfortda Saynsa verilmiş cəzanın yenidən nəzərdən keçirilməsinə görə stüardlara minnətdarıq və sevinirik ki, indi onlar qərara gəliblər ki, Karlos günahkar olmayıb və bu hadisə sadəcə yarış insidenti olub.
Əvvəlki qərarın bizim yarışımıza təsir etməsinə baxmayaraq, anlayırıq ki, səhvlər də avtoidmanın bir hissəsidir. Biz FIA ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyik ki, hakimlik prosesinin təkmilləşdirilməsi və gələcəkdə yarış qaydalarının daha da dəqiqləşdirilməsi mümkün olsun”.
Şərh əlavə et