Xəbəri Kokpitdə Oxuyun!

Mekis, Marko və Ferstappen Red Bull Powertrains-i ziyarət edib

Gələn mövsümdən Red Bull Racing və Racing Bulls komandalarının maşınlarında Ford ilə birgə hazırlanmış güc qurğuları olacaq. Hazırlıq sürətlə davam edir və cümə axşamı Red Bull Racing rəhbərliyi mühərrik istehsalı bölməsini ziyarət edib.

Nümayəndələrin tərkibində Loran Mekis və Helmut Marko ilə yanaşı, Maks Ferstappen də olub. Red Bull Powertrains rəhbəri Ben Hodgkinson hazırkı dünya çempionuna Milton Kinsdə yerləşən bazada ekskursiya təşkil edib.

Komanda ümid edir ki, Maksın gəlişi Red Bull Powertrains əməkdaşlarına əlavə motivasiya verəcək. Daha əvvəl Red Bull-un güc qurğusunun güc baxımından rəqiblərdən xeyli geri qalacağı barədə şayiələr dolaşırdı, amma son aylarda bu söz-söhbətlər səngiyib. Bununla belə, real vəziyyəti yalnız 2026-cı ilin yanvarında keçiriləcək ilk testlər göstərəcək.

Bundan əlavə, Maks Ferstappen komandanın bazasını da ziyarət edib, İtaliya Qran Prisinin yekunlarını dəyərləndirib və əməkdaşlar qarşısında çıxış edib.

Rauf Hacıyev

Şərh əlavə et