Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Bakıda hər şeyə sıfırdan başlayacağam

Ferrari komandasının sürücüsü Lyuis Həmilton növbəti həftə paytaxtımızda keçiriləcək Azərbaycan yarışında yaxşı nəticəyə ümid edir.

Britaniyalı sürücü İtaliya yarışında  inamlı yarış keçirib və cəza səbəbindən onuncu yerdən start almasına baxmayaraq, altıncı yerdə finiş görüb. Yeddiqat Dünya Çempionu ümid edir ki, növbəti yarış olan Bakıda da uğurlu çıxış edəcək.

Lyuis Həmilton: “Düşünürəm ki, yenidən hər şeyə sıfırdan başlamaq lazım olacaq, çünki uzun illər başqa xarakterli maşınlarla çıxış etdiyim trasa gedirəm.

Montsada maşın daha yaxşı idarə olunurdu, xüsusilə də aşağı sürətlərdə. Fikrimcə, növbəti yarışda da vəziyyət təxminən belə olacaq.

Amma Bakıda həftəsonuna sıfırdan başlayacağam və sürəti addım-addım artıracağam. Bunun üçün bütün təcrübəmdən istifadə etməyə çalışacağam. Ən rahat anım isə bazar günü, yarışın sonuncu dövrəsi olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et