Xəbəri Kokpitdə Oxuyun!

Morbidelli ev yarışına sürətli başlayıb

MotoGP üzrə San Marino Qran Prisinin ilk sərbəst yürüşündə ən sürətli dövrəyə Franko Morbidelli imza atıb.

Sessiyanın startında ilk sürətli dövrə Marc Márquezdən gəlib. (1:32.496). Lakin çox keçmədən Fabio Kuartararo 1:32.083-lük nəticə ilə zirvəni ələ alıb. Liderlik qısa müddətdə bir neçə dəfə əl dəyişdirib – əvvəlcə Marko Bezzekki, sonra Luka Marini, ardınca isə yenidən Bezzekki 1:31.764-lük zaman nəticəsi ilə önə çıxıb.

Fabio Di Cannantonio ikinci yerə yüksəlib, Mark Markes isə trasa qayıtdıqdan sonra 1:31.627-lik zaman nəticəsi ilə adını zirvəyə yazdırıb. Bu vaxt Raul Fernandes texniki problem səbəbindən motosikletini saxlamaq məcburiyyətində qalıb, Migel Oliveyra isə qəza edib.

Son dəqiqələrdə Franko Morbidelli 1:31.342 zaman nəticəsi ilə günün ən yaxşı nəticəsini göstərərək, sessiyanı zirvədə tamamlayıb. Fabio Kuartararo ikinci, Di Canantonio isə üçüncü olub. İlk beşliyi isə Márkes qardaşları – Mark və Aleks bağlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et