Buna Red Bull Racing-in rəhbəri Loran Mekis də işarə edib. Çünki komanda Silverstonda Ford Motor Company ilə genişmiqyaslı əməkdaşlıq qurub. Ford, Red Bull Powertrains-in texnoloji tərəfdaşı olub və yeni nəsil güc qurğusunun hazırlanmasında iştirak edir. 2026-cı ildən etibarən bu mühərrikləri həm Red Bull Racing, həm də Racing Bulls komandaları istifadə edəcək.
Loren Mekisin sözlərinə görə, Rikkardo karyerasının müxtəlif mərhələlərində çıxış etdiyi komandalar ilə Amerika korporasiyası arasında bir növ körpü rolunu oynayacaq: «Danielin Ford Racing ilə birlikdə bu macəranın iştirakçısı kimi geri dönməsini görmək bizdə isti ailə hisləri yaradır. Məncə, bu, iki şirkətimiz və iki layihəmiz arasında çoxsaylı kəsişmə nöqtələrindən yalnız biridir.
Ümumiyyətlə, bütün bunlar çox maraqlıdır. Əminəm ki, hamı Danieli padokda yenidən görməyə şad olacaq – çox güman ki, o, Ford Racing sayəsində bəzi hallarda burada görünəcək”.
Ford Motor Company-nin prezidenti və baş icraçı direktoru Cim Farli isə Rikkardonun yeni rolu barədə danışarkən bildirib ki, avstraliyalı şirkətin SUV məhsullarının qlobal bazarda təşviqində mühüm rol oynayacaq: “Biz ofroud maşınlarının pərəstişkarları üçün nəzərdə tutulmuş məhsullarımızın güclü qlobal tanıtım sistemini qurmaq istəyirik. Hamımız bilirik ki, Daniel unikal insandır, amma onun belə texnikaya olan həvəsi bir çox adi sürücülərə də keçir. Onlar bəlkə də hələ pikap və ya SUV almağı düşünmürlər.
Amma bu gün Formula 1 sürücüləri ilə danışanda hamısı məndən soruşurdu: Ford Raptor R-i almaq mümkündürmü? Bu, artıq nəyinsə göstəricisidir…”
Şərh əlavə et